Putinin “qırmızı xətləri” Baydenlə görüşdə müzakirə olunacaq - Peskov
07.12.2021

Rusiya və ABŞ prezidentləri çıxılmaz vəziyyətdə qalmamaq üçün dialoqa kökləniblər.

Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Aydındır ki, əgər iki prezident danışmağa gedirlərsə, onlar hələ də məsələləri müzakirə etməyə kökləniblər və məsələni dalana dirəmək fikrində deyillər. Rusiya tərəfinə gəlincə, Putin dəfələrlə deyib ki, biz ABŞ-la yaxşı proqnozlaşdırıla bilən münasibətlər axtarırıq. Rusiya heç vaxt kiməsə hücum etməyə hazırlaşmır, lakin bizim öz narahatlıqlarımız, öz "qırmızı xətlər"imiz var. Prezident bu barədə açıq şəkildə danışdı və cənab Bayden cavab verdi ki, heç bir "qırmızı xətti" tanımayacaq”, - Kremlin sözçüsü vurğulayıb.

D. Peskov “qırmız xətlər” mövzusunun da Putin-Bayden görüşündə müzakirə olunacağını qeyd edib.