Putinin fövqəldövlət iddiası reallaşmayacaq
Putinin  fövqəldövlət iddiası reallaşmayacaq
27.02.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiyanın Ukraynaya qarşı işğalını stimullaşdıran və V. Putini arxayın salan əsas məqamlardan biri ABŞ Əfqanıstandan geri çəkilməsidir. Vaşinqtonun Əfqanıstanda Talibana hakimiyyəti təhvil verməsi, V. Putin tərəfindən məğlubiyyət kimi qəbul edildi.

V.Putinin Gürcüstan və Ukraynaya qarşı hərbi əməliyyatları, Suriyada hərbi uğurları onu post-sovet məkanını nəzarət altına alaraq yeni dünya düzənində öz təsir dairəsini formalaşdırmaq strategiyasını həyata keçirməyi ortaya qoydu.

Yeni dünya nizamında Rusiyanın fövqəldövlət statusu alması mümkün görünmür. Demək olar V. Putin Rusiyanı bu statusu almaqdan məhrum etdi. V. Putin reallaşdırdığı siyasət Rusiyanı daxili siyasi təlamütlərə və subyektlərin müstəqillik uğrunda mübarizəsinə gətirib çıxara bilər. Rusiyanın fövqəldövlət olması mümkün deyil.

Məhəmməd Əsədullazadə

visiontv.az