Putinin çinli həmkarına gözlənilməz hədiyyəsi - VİDEO
15.06.2019

Rusiya Prezidenti Vladimir Putin Düşənbədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinə dondurma hədiyyə edib.

Ren.tv-nin məlumatına görə, bununla V.Putin çinli həmkarını 66 yaşının tamam olması münasibətilə təbrik edib.

Məsələ ilə bağlı açıqlama verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, V.Putin ikitərəfli münasibətlərin dinamik inkişafının davam edəcəyinə əminliyini ifadə edib.