Putinə evlilik təklif edən qız hansı cavabı alıb?
08.03.2021

Bir il bundan əvvəl Rusiyanın prezidenti Vladimir Putindən onu almasını xahiş edən İvanovo şəhərindən olan Yuliya Şilova adlı xanım məsələnin nə yerdə qaldığı barədə “Rossiya 1” telekanalına açıqlama verib.  Düz bir il əvvəl Vladimir Putinin İvanovo şəhərinə səfəri zamanı yerli sakinlərlə görüşdə onunla evlənmək istədiyini bildirən qıza prezident “yaxşı təklifdir, çox təşəkkür edirəm” ,-deyə reaksiya vermişdi. Putin qızdan adını da soruşmuşdu. 

“İvanovo keçmişdən “gəlinlər şəhəri” adlandırılır və hətta mən də bu şəhərdə evlilik təklifi aldım. İndi həmin xanımı bütün ölkə tanıyacaq”,-deyə prezident zarafatyana bildirmişdi. 

Şilova həmin görüş zamanı prezidentin köməkçilərinə altında özü haqqında informasiya və mobil nömrəsi yazılmış şəklini də verməyə nail olmuşdu. Şəkilin altında yazılmışdı: Uşaqsız və maliyyə problem olmayan. 

“Moskva. Kreml. Putin” proqramının aparıcısına müsahibəsində Yuliya təəssüflə prezidentin ona zəng etmədiyini bildirib. O, sosial şəbəkələrdə onu sevənlərin və qəlbini fəth etmək istəyənlərin çox olduğunu, lakin heç birinin buna nail ola bilmədiyini xüsusi qeyd edib.

İki sahil