Putin və Paşinyan arasında telefon danışığı olub
25.02.2019

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Visiontv.Az ONA-ya istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, söhbət zamanı Rusiya-Ermənistan əməkdaşlığının inkişafı məsələləri, eləcə də regional problemlər müzakirə olunub.