26.011.2020
Axtar
Ölkə
alt

Путин помиловал Пашиняна - Asəf Quliyev

Ermənistanın Azərbaycana məğlub olması Paşinyanın karyerasına son qoya bilərdi. Amma qoymadı. Çünki Putin onu bağışladı. Paşinyanı edam etmək olmaz, bağışlamaq. Cümləsindəki vergülün yeri artıq bəllidir. Və bu vergülü məhz Putin qoydu.

Bunun ilk əlaməti Putinin tələsik efirə verilən müsahibəsində idi. Rusiya prezidenti bu müsahibədə üçtərəfli bəyanata imza atmaqla Paşinyanın son anda və düzgün qərar verdiyini, indiki şəraitdə onun devrilməsinin Ermənistana zərəri ola biləcəyini açıq formada izhar etməsi “vergülün” ilk əlaməti idi. Daha sonra Dağlıq Qarabağla bağlı bəzi qərarlar, Putinin mühüm nazirləri Çoyqu və Lavrovun İrəvanə səfərləri ilə bağlı informasiyalar Paşinyan üçün indilikdə hakimiyyət probleminin həll olması demək idi.

Bəzi ekspertlər hsab edir ki, Ermənistan cəmiyyəti artıq Paşinyanə qəbul etmir və ona qarşıdır. Amma əldə olan informasiyalara əsasən demək olar ki, Paşinyana Qərbə inteqrasiya tərəfdarlarının rəğbəti azalmayıb. Ona qarşı olan əsas siyasi güclər Rusiyapərəst qüvvələrdir. Putinin dedikləri və mühüm nazirlərini İrəvana göndərməsi Ermənistandakı Rusiyapərəst qüvvələrə mesaj kimi qəbul oluna bilər.

Bundan sonra Ermənistanı nə gözləyir?

Putinin mərhəmətinə sığınan Paşinyan Qərbə inteqrasiya tərəfdarı olan qatı anti-rus olanları hökumətdən uzaqlaşdıracaq. Onların yerini sözsüz ki, Kremli xilaskar görənlər tutacaq.

VƏ sözsüz ki, bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsində izsiz ötüşməyəcək.

Visiontv.az 

Şərh