Putin Polad Bülbüloğlunu təbrik etdi
04.02.2020

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 75 illiyi münasibətilə təbrik edib.

Visiontv.az xəbər verir ki, məktubun mətni Kremlin rəsmi saytında yerləşdirilib.

Məktubda aşağıdakılar qeyd olunub:

“Hörmətli Polad Bülbüloğlu, 75 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz uzun illərdir, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına böyük töhfə verirsiniz. Rusiyada Sizin parlaq bəstəkarlıq istedadınızı yüksək dəyərləndirirlər. Sizə can sağlığı, xoşbəxtlik və uğurlar arzulayıram”.