Putin Donbasda "polkovnik və ya briqada generalı" səviyyəsində əməliyyatlar planlaşdırır
Putin Donbasda "polkovnik və ya briqada generalı" səviyyəsində əməliyyatlar planlaşdırır
17.05.2022 MEDİA Tərəfindən

Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsində “polkovnik və ya briqada generalı səviyyəsində” operativ və taktiki qərarlar qəbul edir. Bunu mayın 16-da “The Guardian” və “The Times” Qərb ordusundakı mənbələrə istinadən yazıb.

Nəşrin mənbələrinə görə, Rusiya prezidenti şimali Donetski əməliyyatlarında qoşunların hərəkətinə rəhbərlikdə şəxsən iştirak edib. Halbu ki, həmən əməliyyat məğlubiyyətlə sona çatdı. 

Mənbə onu da bildirir ki, Putin vəzifədən uzaqlaşdırıldığına dair iddialara baxmayaraq, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla yaxından işləməyə davam edir.

“Biz hesab edirik ki, Putin və Gerasimov bizim adətən polkovnik və ya briqada generalından gözlədiyimiz səviyyədə taktiki qərarların qəbulunda iştirak edirlər”, - deyə hərbi mənbə bildirib.

Eyni zamanda, The Guardian qeyd edir ki, bu bəyanatı təsdiq edən əlavə heç bir təfərrüat verilməyib.

Əli Əliyev

visiontv.az