Putin 60 nəfərə general rütbəsi verdi
21.02.2020

Rusiya Prezidenti Vladimir Putin Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Federal Penitensiar Xidmət, Federal Təhlükəsizlik Xidməti, İstintaq Komitəsi, Federal Qvardiya və Gömrük İdarəsinin 60 yüksəkçinli əməkdaşına general rütbələrinin verilməsi barədə fərman imzalayıb.

Visiontv.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncam cümə günü hüquqi aktlar portalında yayımlanıb.

Sənədə görə, Rusiya Qvardiyasında xidmət aparan 7 hərbçiyə də general-polkovnik rütbəsi verilib.