Prezidentin tövsiyyə və təklifindən yaranan layihə-VİDEO
Videonu Aç
23.04.2020

Korornovirus (COVİD-19) pandemiyası ilə əlaqədar əhalinin az təminatlı təbəqəsinə göstərilən yardımlarla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin imkanlı insanlara, iş adamlarına, ziyalılar ünvanladığı müraciət və tövsiyyələrə uyğun olaraq yaradılan Yardlmçı (yardimci.az) layihəsi qısa zaman ərzində kifayət qədər səmərəli və işgüzar fəailiyyət göstərib.

Visiontv.az xəbər verir ki, bir sıra dövlət və özəl qurumlarla tərəfdaş kimi əməkdaşlıq edən layihə təşəbbüskarları 3 mindən çox imkansız ailələrə yardımlar paylamışdır. Və bu işdə fəailiyyətini uğurla davam etdirir. Sevindirici haldır ki, bu işdə bizə iş adamları, vətəndaş cəmiyyətinin, mətbuatın nümayəndələri, ziyalılar yaxından həm maddi həmdə mənəvi dəstək göstərir. 

Qeyd etdiyimiz kimi mətbuat, qeyri-hökumət təşkilatlarının nümayəndələridə ''Yardımçı'' layihəsinə öz gücləri daxilində mənəvi dəstəklərini verirlər.