26.011.2020
Axtar
Foto Fakt
alt

Prezidentin istifadə etdiyi zirehli avtomobil haqda maraqlı məlumatlar - FOTOLENT

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

Səfər zamanı prezident İlham Əliyevin zirehli avtomobildən istifadə etməsi sosial şəbəkədə maraqla müzakirə edilib.

Visiontv.az xəbər verir ki, ekspert Osman Gündüz ölkə başçısı İlham Əliyevin istifadə etdiyi zirehli avtomobil haqda öz fikirlərini bildirib.

O deyib ki, prezidentin istifadə etdiyi AZCAN SENTRY APC avtomobili də özümüzünküdür. Azərbaycan-Kanada birgə müəssisəsinin istehsalıdır.  Motor 6.7, 362 at gücündədir. Şüşələrindən tutmuş hər yeri zirehlidir, gecə-gündüz görmə sistemləri, kameralarla təchiz olunub . Əsasən sifarişlə, xüsusi təyinatlılar və hərbi məqsədlər üçün hazırlanır. 

Müharibə zamanı, xüsusi hallarda mobil komanda məntəqəsi olaraq fəaliyyət göstərə bilir.

Hazırda DİN-nin arsenalında istifadə edilir.

Şərh