Prezidentin İqtisadi Şuranın yaradılması haqda Fərmanında postpandemiya dövrünün iqtisadi hədəfləri-politoloq İbrahim Məmmədov
Prezidentin İqtisadi Şuranın yaradılması haqda Fərmanında postpandemiya dövrünün iqtisadi hədəfləri-politoloq İbrahim Məmmədov
09.09.2020 İbrahim Məmmədov Tərəfindən

Prezidentin İqtisadi Şuranın yaradılması haqda Fərmanında postpandemiya dövrünün iqtisadi hədəfləri:

Strateji hədəf: “Növbəti onillikdə ölkəmizdə sosial-iqtisadi rifahın yüksəldilməsi üçün iqtisadiyyatın ikiqat artımının təmin edilməsi”.

Yaxın hədəflər: - postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırılması;

- investisiya mühitinin radikal yaxşılaşdırılması;

- müasir səhiyyə və təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə uyğunlaşdırılması;

- mülkiyyət hüquqlarının daha effektiv qorunması və “biznesə dost” digər strateji vəzifələrin icrası təmin olunma

- qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi;

- qlobal dəyər zəncirinə fəal qoşulma.

Visiontv.az