Prezidentin dünən verdiyi mesajlar tarixi strateji müstəvidə olduqca əhəmiyyətli idi
Prezidentin dünən verdiyi mesajlar tarixi strateji müstəvidə olduqca əhəmiyyətli idi
27.08.2021 Hikmət Babaoğlu Tərəfindən

Avqust ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobilin təqdim ediləməsi mərasimində iştirak etdilər. Bu şəhid və qazi ailələrinə dövlətimizin diqqət və qayğısının təzahüri olmaqla sosial-mənəvi kontekstdə mühüm bir hadisə idi. Ancaq tədbirdə Azərbaycan Prezidentinin söylədiyi nitq və verdiyi mesajlar isə tarixi strateji müstəvidə olduqca əhəmiyyətli idi.

Əslində Azərbaycan Prezidenti milli yaddaşımıza müraciət edərək əsirlər boyu xalqımıza qarşı necə məkrli siyasətin həyata keçirildiyi kontekstində son 101 ildə baş verən hadisələrin üstündə ayrıca dayandı. İlk dəfə "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsindən və tarixi vətənimiz olan Zəngəzurun bölünməsinədək olan məsələlərə toxunaraq qeyd etdi ki, 1920-ci ildə  sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra həmin bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. 1923-cü il iyul ayının 7-də isə  bizim ərazimizdə süni bir qurum, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Hazırki reallıq isə ondan ibarətdir ki, müzəffər Ali Baş Komandanımız  tərəfindən bu acı gerçəklik dəyişdirildi. Azərbaycan Prezidentinin 7 iyul 2021-ci ildə imzaladığı sərəncamla tarixi ədalət bərpa edildi. Artıq uzun illər siyasi-iqtisadi və diplomatik müstəvidə manipuliyasiya predmetinə, siyasi şantaj vasitəsinə çevirilən "Dağlıq Qarabağ" termini yoxdur. Azərbaycan ərazisində dağı və aranı ilə bütöv olan vahid Qarabağ iqtisadi rayonu və Qarabağ mahalı var. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonu var. Bu isə o deməkdi ki , Zəngəzurun Qərbi ermənilərin nəzarətindədir. İndi aranlı-dağlı Qarabağı vahid gördüyümüz kimi gələcəkdə şərqli-qərbli Zəngəzuru da vahid, bütöv görəcəyik. Hazırki tarixi mərhələdə isə Qarabağı və Şərqi Zəngəzuru Azərbaycan Prezidenti İlham Əliyev sözün həqiqi mənasında cənnətə çevirməkdədir. Hər iki iqtisadi rayonda görülən böyük lojistika və kommunikasiya işləri, yol-nəqliyyat və enerji kommunikasiyaları ən qısa zamanda bu torpaqlarımızda olan istisadi  potensialın milli iqtisadiyyatımıza qazandırılması ilə nəticələnəcək. Buna parallel olaraq məcburi köçkün olan vətəndaşlarımızı öz ana yurdlarına qayıdacaq. İllrdir həsrətilə yaşadığımız  Böyük Qayıdış arzusu reallığa çevriləcək.

Millət vəkili Hikmət Babaoğlu

visiontv.az