Prezidenti İlham Əliyevin İtaliyaya səfəri Avropada o qədər də sadə olmayan tarixi bir mərhələdə baş tutdu
Prezidenti İlham Əliyevin İtaliyaya səfəri Avropada o qədər də sadə olmayan tarixi bir mərhələdə baş tutdu
02.09.2022 Hikmət Babaoğlu Tərəfindən

Azərbaycan Prezidenti İtaliyaya işguzar səfəri çərçivəsində çoxsaylı görüşlər keçirdi. Əvvəlcədən deyə bilərik ki, bu görüşlər  İttaliya ilə Azərbaycan arasında strateji münasibətlərin daha da dərinləşməsi və gələcək əməkdaşlıq imkanlarının perespektivləri baxımından olduqca əhəmiyyətli idi.  

Səfər çərçivəsində  enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq  platformalarının yaradılması Avropanın ən böyük iqtisadiyyatlarından birinə  sahib olan bu ölkə ilə Azzərbaycan arasında yeni bir səhifə açdı. Azərbaycan prezidentinin Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən  “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda  keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda iştirakı isə ayrıca bir hadisə hesab edilə bilər. Hər şeydən öncə ona görə ki, bu beyin mərəkızinin ənənəvi olaraq təşkil etdiyi forumlar daima dünya ictimaiyytinin diqqət mərkəzində olmaqla Avropanın geosiyasi və geoiqtisadi maraqları daxilində olan prioritet məsələlərin müzakirə edildiyi mötəbər bir platforma hesab edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın eyni zamanda  İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin də qatıldığı bu dəfəki tədbir hazırda Avropada o qədər də sadə olmayan tarixi bir mərhələdə baş tuturdu. Çünki Avropa özünün şərqində yaşanan müharibə kontekstində həm siyasi birlik, həm iqtisadi-maliyyə münasibətləri həm də enerji təhcizatı və təhlükəsizliyi baxımından olduqca kritik bir mərhəldən keçməkdədir. Belə mürəkkəb şəraitdə Azərbaycan prezidentinin Çernobbio şəhərində “The European House-Ambrosetti” beyin mərkəzi tərəfindən təçkil edilmiş tribunadan verdiyi ismarıclar təkcə Azərbaycan-İtaliya münasibətlərinin gələcəyi baxımından deyil bütövlükdə Azərbaycanın ən bpyük ticarət tərəfdaşı olan Avropa Birliyi-Azərbaycan münasibətləri baxımından vacib əhəmiyyət kəsb edirdi. Nzərə almaq lazımdır ki, 1965-ci ildən fəaliyyət göstərən  “The European House-Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House-Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtaliyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviq edilməsinə xidmət edir. “The European House-Ambrosetti” eyni zamanda İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Müxtəlif illərdə Çernobbio Forumunda dünya ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.Azərbaycan Prezidenti İlham Əliyev bu mötəbər platformadan Avropanın gəlcək enerji təhlükəsizliyi, yaşıl enerji üzrə tərəfdaşlıq , beynəlxalq hüquq və onun tələblərinin yerinə yetirilməsi  kontekstində uzunmüddətli və etibarlıq tərfdaşlığın mümükün olması məsələrindən danışaraq Azərbaycanın da beynəlxalaq münasibətlər sistemində milli dövlət kimi davranışları zamanı milli maraqları və beynəlxalq hüququ əsas tutduğunu bildirdi. Bütün bunlar isə İtaliya və Avropa ölkələri ilə əməkdaşlıqda yeni imkanlar yaradan paradiqmalar kimi qəbul edildi.