Prezident Yel çərşənbəsini ailəsi ilə qeyd etdi - FOTOLENT
11.03.2020

Azərbaycan Prezidenti İlham Əliyev Yel çərşənbəsini ailəsi ilə birlikdə qeyd edib.

Visiontv.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Prezidentinin böyük qızı Leyla Əliyeva bununla bağlı sosial şəbəkədə paylaşım edib. Onun İnstagram hesabında paylaşdığı fotolardan görünür ki, Prezident ailəsi ilə birlikdə Novruz Bayramının əlamətlərindən olan Yel çərşənbəsini tonqal ətrafında qeyd edir.