Prezident İlham Əliyevlə Ermənistanın baş naziri arasında təkbətək görüş yekunlaşıb - FOTO - YENİLƏNİB
29.03.2019

Prezident İlham Əliyevlə Ermənistanın baş naziri arasında təkbətək görüş yekunlaşıb - FOTO - YENİLƏNİB

17:12

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək görüş yekunlaşıb.

Visiontv.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələləri müzakirə olunub.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn prinsiplərinə uyğun Dağlıq Qarabağ münaqişəsinin mövcud format əsasında həllini dəstəkləyir.

Daha sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edir.

----------

14:21

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Visiontv.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələləri müzakirə olunur.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn prinsiplərinə uyğun Dağlıq Qarabağ münaqişəsinin mövcud format əsasında həllini dəstəkləyir.

Məqaləyə dair fotomateriallar: