Prezident İlham Əliyevin mesajı Vaşinqtonda dəyərləndirilib - Məhəmməd Əsədullazadə
Prezident İlham Əliyevin mesajı Vaşinqtonda dəyərləndirilib - Məhəmməd Əsədullazadə
29.04.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ dövlət katibi Entoni Blinken prezident İlham Əliyevə zəng edərək ikitərəfli əlaqələrin inkişafı və Qarabağ məsələsini müzakirə edib. Bu, Co Bayden adminstrasiyasının Azərbaycanla yüksək səviyyədə baş tutmuş ilk təmasıdır. Qeyd edim ki, ötən günlərdə prezident İlham Əliyev ABŞ-ın yeni adminstrasiyasının regionla bağlı planın olmadığını və ABŞ dövlət katibinin birtərəfli qaydada Yerevanla təmas saxladığını təssüflə qeyd etmişdi.

Görünür prezidentin bu mesajı Vaşinqtonda dəyərləndirilib, rəsmi Bakının Vaşinqtonla əməkdaşlığa hazır olduğunu meaji kimi qəbul edilib.  Məhz Dövlət katibi E. Blinken Azərbaycana qarşı "907-ci" düzəlişi dayandırıldığını qeyd etməsi, regionda sülhün əldə edilməsinə çalışacaqlarını vurğulaması,  Baydenin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunun mesajıdır. Buna baxmayaraq Vaşinqton bu əlaqələri yüksək səviyyədə davam etdirməyəcək və zamanla təzyiqlər də gözlənilir. Əsasən demokratiya və insan haqları sahəsində bu mümkündür.

Ağ ev rəhbəri C.Baydenin qondarma "erməni soyqırımının" işlətməsindən sonra Türkiyə və Azərbaycandan Vaşinqtona qarşı sərt mövqe bildirildi. Artıq Dövlət katibi E. Blinken Türkiyəni ittiham etmədiklərini elan edərək, soyqırım məsələsindən geri çəkildi. Həmçinin Yerevanda ABŞ səfiri C. Baydenin bəyanatının hüquqi cəhətdən xüsusi əhəmiyyət kəsb etmədiyini qeyd  etdi. Göründüyü kimi Ağ Ev rəhbərliyi Yaxın Şərqdə və Cənubi Qafqazda strategiyasında ciddi düzənləməyə gedir.

Bununla Vaşinqton regionda yeni bir siyasi yanaşma ortaya qoya bilər. Azərbaycan Rusiyadan ölkəmizə qarşı təzyiqlər fonunda Vaşinqtonla əməkdaşlığı inkişaf etdirməsi mümkündür.  Göründüyü kimi Vaşinqtondan Ankara və Bakıya isti mesajlar verilməklə iki qardaş ölkə ilə əlaqələri qaydaya  salmağa çalışır. Hər iki ölkə ilə münasibətlərin gərginləşməsinə gedəcək addımlardan geri çəkilir.
Ümumiyyətlə ABŞ administrasiyasının Azərbaycanla təması gözlənilirdi. Amma ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişafına aparacaq prosesin baş verməsi gözlənilmir. Təmaslar davam edəcək və ABŞ-ın Azərbaycana yardımları davam edəcək.  Amma, paralel olaraq Ermənistanada yardımlar artırılacaq. Qeyd edim ki, Kongrensdə bir qrup ermeni lobbisinə yaxın konqrensmenlər Azərbaycana yardımın kəsilməsi və Ermənistana, həmçinin  Qarabagdakı separatçılarada yardımın ayrılmasına çalışırlar. Belə bir qərar  ikitərəfli münasibətlərin müxtəlif sahələrdə əməkdaşlığına zərbə vura bilər.

Ağ Ev regionda çalışacaq ki, Rusiyanın mövqeyini zəiflətsin. Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə töhfə verməklə buna nail olmağa çalışacaq. Ümumiyyətlə C. Bayden adminstrasiyası Rusiyaya qarşı mübarizə aparırsa, Cənubi Qafqazı görməzlidikdən gəlməyəcək. Əksi isə, bu  strategiyası uğurlu olmayacaq.

Visiontv.az