Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar sülh gündəliyinin irəli aparılmasına şərait yaratdı.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Prezident İlham Əliyev Vaşinqtonda Ermənistanın icrası ilə bağlı üzərinə öhdəlik götürdüyü TRİPP layihəsinin regional əməkdaşlıq baxımından önəminə toxunub, onun bütün bölgə üçün faydalı olacağını bildirib.
Azərbaycan və Əfqanıstanın beyin mərkəzləri regional nəqliyyat dəhlizlərini müzakirə edib
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb