Prezident İlham Əliyev: "Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynayıb"
22.07.2020

Prezident İlham Əliyev 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə bağlı paylaşım edib.

Visiontv.az-ın xəbərinə görə, Prezidentin rəsmi "Facebook" səhifəsindəki paylaşımda deyilir: “Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynayıb”.