Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanın ev sahibliyi etdiyi 2023-cü il G20 Liderlər Zirvəsi çərçivəsində ölkəni və regional prosesləri prioritetləşdirən diplomatik hərəkətlilik həyata keçirib.
Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Hindistana səfəri çərçivəsində prezident Ərdoğan Hindistanın Baş naziri Narendra Modi, Yaponiyanın baş naziri Kişida Fumio, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan Braziliya prezidenti Luiz İnasio Lula da Silva, Cənubi Koreya prezidenti Yoon Suk Yeol, Almaniya kansleri Olaf Şolz və Dünya Bankının prezidenti Ajay Banqa ilə görüşüb.
Prezident Ərdoğan səfərin ilk günü eyni zamanda, Türkiyə, Meksika, İndoneziya, Cənubi Koreya və Avstraliyadan ibarət qitələrarası qeyri-rəsmi məsləhətləşmə və koordinasiya platforması olan MİKTA-ya üzv ölkələrin dövlət başçıları ilə görüşüb.
Sammitin ikinci günündə G20 ölkələrinin liderləri ilə Mahatma Qandi məqbərəsini ziyarət edən Ərdoğan, sammitin üçüncü iclasından sonra “bağlanış sessiyası” və “dövr sədrliyinin təhvil-təslim mərasimi”nə qatılıb.
İlahə Əliyeva