Prezident bugünkü və müharibədən sonrakı regional geosiyasi mənzərənin cizgilərini çəkdi - politoloq İbrahim Məmmədov - VİDEO
Prezident bugünkü və müharibədən sonrakı regional geosiyasi mənzərənin cizgilərini çəkdi - politoloq İbrahim Məmmədov - VİDEO
03.11.2020 İbrahim Məmmədov Tərəfindən

Çox mühüm bəyanatdır:

- Regionda geosiyasi durumu bir çox aspektlərdən dəyişmişik;

- İndiyə qədər strukturlaşdırılmış stereotip geosiyasi təfəkkür arxa plana keçir;

- Türkiyə və Rusiya artıq antoqonist rəqiblər deyil, səmimi və yaxın tərəfdaşlardır;

- Rusiya, Türkiyə və Azərbaycan yeni təhlükəsizlik və qarşılıqlı etimad sistemi qurulmaqdadır;

- Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq var;

- Gün gələcək, biz artıq dördtərəfli formatda da fəaliyyət göstərəcəyik;

- Ermənistan regionda yad cisim olmamalı və işğala son qoymalı, Azərbaycan ilə, Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Bu, onlara yalnız fayda gətirə bilər;

- Bütün kommunikasiyalar açılacaq, onlar inteqrasiyalı enerji, nəqliyyat layihələrinin bir hissəsi, ümumi təhlükəsizlik sisteminin bir hissəsi olacaqlar.

Visiontv.az