"Prado" sürücüsü işə tələsən qadını vurub öldürdü
19.12.2019

Gəncə şəhərində işə tələsən yaşlı qadını avtomobil vurub.

Visiontv.az-ın verdiyi xəbərə görə, hadisə şəhərim Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

Hadisə nəticəsində Gəncə şəhər sakini 1955 ci il təvəllüdlü Sevil Babayeva “Prado” markalı avtomobil tərəfindən vurulub.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsədə onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.

Baku.ws