Pozneri iti qovan kimi qovan gürcü ziyalısına afərin - Şöhrət El-Dəniz
Pozneri iti qovan kimi qovan gürcü ziyalısına afərin - Şöhrət El-Dəniz
01.04.2021 Şöhrət El-Dəniz Tərəfindən

Pozner Qərbə və ABŞ-a özünü nə qədər demokrat düşüncəli jurnalist kimi sırısa da, tanıtsa da əslində rus şovinisti Jirinovskidən, Solovyovdan və digərlərindən fərqi yoxdur. Onun üçün Gürcüstan, Azərbaycan, Ukrayna və digər post-sovet ölkələri Rus imperiyasının ərazisi, vassalı hesab olunur. Ona görə ərazi bütövlüyünü tanımadığı, hörmət etmədiyi Gürcüstanda nümayişkar şəkildə ad günü keçirmək istədi. Bununla sübut etmək istəyirdi ki, "biz post-sovet ölkələrini müstəqil yox, əylənmək, ad günü keçirmək üçün gəzdiyimiz, getdiyimiz Rusiyanın bir bölgəsi sayırıq". Amma Poznerin bu hiyləgər fikrini gürcü ziyalısı, siyasi elitası anladı və onu Tbilisidən iti qovan kimi qovdu.

Təəssüflə deyim ki, bizim çoxluqda olan rusbaş ziyalılar, siyasi dələduzlar onu nəyin ki, qovardı, əksinə duz-çörəklə qarşılayıb, yuxarı başda otuzdurub, ad günü keçirib, gedəndə də cibinə pul da basardılar. Halbu ki, bu qoca "demokrat" Gürcüstan kimi Azərbaycanın da ərazi bütövlüyünü tanımır, Qarabağın ermənilərə məxsus olduğunu bildirir.

Gürcü ziyalısına və əhalisinə afərin.

Visiontv.az