Postsovet məkanında uğursuz dövlətlər var - Medvedev
24.10.2020

Postsovet məkanında stabil siyasi sistem qura bilməyən uğursuz dövlət nümunələri var.

Visiontv.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

“Təəssüf ki, keçən əsrdə Rusiya iki dəfə anarxiya və dövlətin çöküşünün astanasında olub. Hər ikisində dövlətin parçalanması ümumi azadlıq və demokratiya şüarları ilə müşayiət edilib. Bu gün biz uğursuz dövlətlərin nümunələrini görürük”, – deyə o bildirib.

Axar.az