PORTAĞAL ƏFSANƏSİ
17.05.2019

Portağal qədim məhsuldarlıq simvoludur və bu mənada uzun müddət sevgi və nikahla bağlanırdı.

Portaxal qədim məhsuldarlıq simvoludur və bu mənada uzun müddət sevgi və nikahla bağlanırdı. Əfsanələrdə, məsələn, nikah mərasimində Yunonan sevgi və sədaqət rəmzi kimi məhz onu- yəni "qızıl almanı" Yupiterə vermişdi. Qədim Çində o, əbədilik və uğur simvoludur. Portağal ağacının gülləri gəlinlərin tacında istifadə olunan bolluq rəmzidir. Çində xoşbəxtlik və sevinc arzulayan şəxslərin portağal hədiyyə etməsi ənənədir. Portağalın istifadəsi isə sevinc və şənlik gətirməli idi.

Portağal Şirəsi

Portağal şirəsi çoxlu həcmdə C vitamininə malik olmasına görə soyuqlama və avitaminoz xəstəliklərinin profilaktikası və müalicəsi üçün ilin soyuq vaxtlarında sadəcə əvəzolunmazdır. O, tonusu qaldırır, yorğunluğu aradan götürür və qan damarlarını möhkəmləndirir, bakteriyaları öldürür, immuniteti yüksəldir, orqanizmdən xolesterinin çıxmasına kömək edir, bağırsaqların işini normallaşdırır, uşaqlarda anadangəlmə qüsurların yaranması riskini azaldır, bir çox xərçəng formalarından müdafiə edir. Həkimlər ateroskleroz və hipertoniya zamanı, həmçinin qaraciyər xəstəlikləri zamanı portağal şirəsi içməyi məsləhət görür.Şirədə kifayət qədər C vitamini, biotin və başqa xeyirli maddələr var.Xeyirli xassələri: damarları möhkəmləndirir, immuniteti artırır, beyinin işini fəallaşdırır, hüceyrələrin mübadiləsini stimullaşdırır, piyləri əridir.Nəyə kömək edir: soyuqdəymənin profilaktikası, piylənmə, yorulma, stres, diqqətin azalması.

Məhdudiyyətlər: mədə yarası və qastrit.

Vision TV-Fərqanə Əliyeva