Politoloqları və siyasi ekspertləri görməzlikdən gəlmək təssüf doğurur - Məhəmməd Əsədullazadə
Politoloqları və siyasi ekspertləri görməzlikdən gəlmək təssüf doğurur - Məhəmməd Əsədullazadə
15.04.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

İşğal olunmuş ərazilərə müxtəlif peşə sahiblərinin səfəri təşkil edilir. Bu, çox müsbət addımdır. Jurnalistlər, mədəniyyət işçiləri və digər sahədə çalışanların səfərlərinin təşkili düşmən işğalından azad edilən ərazilərdə vandalizmi əyani görürlər.

Həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin də səfərlərini təşkil edirlər. Belə səfərlər təbii ki, vacibdir. Amma və lakin hər gün mətbuatda, televiziya efirlərində Ermənistanın işğalı, Azərbaycanın bu sahədə apardığı siyasəti təhlil və şərh edən, açıqlamalar verən, ictimaiyyəti daha dolğun təhlillərlə maarfləndirən politoqlar, siyasi ekspertlər yada düşmür. Axı, vətən muharibəsində və ondan əvvəlki illərdə hər gün politoloq və siyasi ekspertlər Ermənistan haqqında, Azərbaycanın bu istiqamətdə siyasətini diqqətdə saxlayıblar. İnformasiya müharibəsində fəal olublar. Qarabağ mövzusu bizim üçün daim prioritet olub.

Siyasi ekspertlər də gedib işğal olunmuş ərazilərdə erməni vəhşiliyini görmək, müşahidələr aparıb bu mövzuda daha ətraflı və akademik səviyyədə çıxışlar edə bilər, məqalələr yazarlar. Bu baxımdan sözün düzü təşkilatçıların kimliyini bilməsəm də  politoloqları və siyasi ekspertləri görməzlikdən gəlmək məndə təssüf hissi doğurur.

Visiontv.az