Polisdən VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
06.06.2020

Tətbiq olunan sərt karantin rejimi çərcivəsində polis vətəndaşların maarifləndirilməsi üçün avtomobillərə quraşdırılmış xüsusi səsgücləndiricilər vasitəsi ilə təbliğat aparır.

Visiontv.az xəbər verir ki, polis əməkdaşları əhaliyə evdə qalmaq və sərt karantin rejimi qaydalarına əməl etməklə bağlı tövsiyələr verir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.