Poliklinikalarda reydlər keçirilir
16.04.2021

"Həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm də Bakı Baş Səhiyyə İdarəsi tərəfindən poliklinikalara icbari tibbi sığorta ilə bağlı məlumatlar göndərilib".

Visiontv.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.

Onun sözlərinə görə, poliklinikalarda da icbari tibbi sığorta tətbiq olunur: “Bakı Səhiyyə İdarəsi poliklinikalarda icbari tibbi sığortanın necə həyata keçirildiyi ilə maraqlanmaq məqsədilə bütün rayonlar üzrə reydlər həyata keçirir. Yəqin ki, reydlərin nəticələri ilə tezliklə tanış ola biləcəyik”.