PFL-dən açıqlama: Kubokun finalı harada olacaq?
18.02.2021

"Bu mövsüm Azərbaycan kubokun finalının hansı stadionda keçirilməsi ilə bağlı hələ ki, rəsmi qərar yoxdur". Visiontv.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev qol.az-a açıqlamasında deyib.

Qurum rəsmisi kubokun finalı üçün bir neçə stadionun namizəd olduğunu bildirib: "Yəqin ki, finalçılar bilinəndən sonra məkan açıqlanacaq. İndiki halda isə finalın Bakıda, yaxud regionda keçirilib-keçirilməməsi məlum deyil. Namizəd kimi bir neçə stadion var ki, bunlardan biri keçən mövsüm də olduğu kimi Masazırda yerləşən "Bank Respublika Arena"dı. Amma yenə də deyim ki, hələ ki, dəqiq deyil".