Pezeçkian: "Biz Azərbaycan və Türkmənistanla qohumuq"
15.05.2025

“Snn.ir” saytı xəbər verir ki, dünən Kermanşah əyalətində iş adamları ilə görüşən İran prezidenti Məsud Pezeşkian ABŞ-nin bölgəyə müdaxiləsini tənqid edərək deyib:

“Biz bölgə ölkələri ilə qardaşıq. Azərbaycan və Türkmənistanla qohumuq. Başqaları (ABŞ) bizi müharibəyə sürükləmək istəyir. Ancaq biz bunu etməyəcəyik”.

Pezeşkian qeyd edib ki, əgər region dövlətləri birlikdə ticarət əlaqələri qura bilsələr, müsəlman ölkələri arasında böyük ticarət bazarı, eləcə də sülh və təhlükəsizlik yarada bilərlər. Onun sözlərinə görə, bu bölgə başqalarına deyil, region ölkələrinə məxsusdur.

visiontv.az