Pərəstişkar seli ilə qarşılaşan Damla onların əlindən mühafizə xidmətinin köməyi ilə xilas ola bilib-VİDEO
11.05.2019

Pərəstişkar seli ilə qarşılaşan Damla onların əlindən mühafizə xidmətinin köməyi ilə xilas ola bilib Gəncəli pərəstişkarları Damlaya hücum çəkdi, işə mühafizəçilər qarışdı

Ötən gün Gəncəyə gedən müğənni Damla sevənlərinin hücumuna məruz qalıb. Pərəstişkar seli ilə qarşılaşan Damla onların əlindən mühafizə xidmətinin köməyi ilə xilas ola bilib. 

Visiontv,az xəbər verir ki, Damla sevənlərinə daha da yaxın olmaq üçün səhnədən enib.

Pərəştikarları isə şəkil çəkdirmək üçün müğənniyə hücüm çəkiblər. 

Damlaya yaxın olmaq üçün səhnəyə qaçan pərəstişkarlardan birinin gözlənilmədən ayağı sürüşüb və o, yerə yıxılıb. 

Mühafizənin köməyi ilə ifaçı yenidən səhnəyə qalxıb. Görüntülərdə mühafizəçilərin müğənninin sevənləri pis davranışı, onları itələyərək səhnənin önündən uzaqlaşdırması əks olunub. 

Konsert bitər-bitməz mühafizəçilər Damlanı dövrəyə alıb, maşına minməsinə şərait yaradıblar. 

 

 

 

oxu.az