Pentaqon ABŞ qoşunlarının İraqdan çıxarılmasını təkzib edib
11.02.2020

ABŞ-ın İraq ərazisində yerləşən 15 hərbi bazadan qoşunlarını çıxarmağa başladığı barədə məlumatlar həqiqəti əks etdirmir.

Visiontv.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə tass-a açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi nümayəndəsi polkovnik-leytenant Örl Braun məlumat bildirib.

“Bu xəbərlər yalandır”, - o deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın İraqdan hərbi hissələrini çıxarmağa başladığı bildirilmişdi.