Penitensiar müəssisələrdə İİV-ə yoluxmuş 398 nəfər var
01.12.2022

Azərbaycanda penitensiar müəssisələrdə hazırda İİV/QiÇS-ə yoluxmuş şəxslərin sayı açıqlanıb.

Visiontv.az xəbər verib ki, bu barədə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin müalicə işinin təşkili idarəsinin inspektoru Ziya Ağazadə məlumat verib.

"Hazırda penitensiar müəssisələrdə İİV-ə yoluxmuş 398 təqsirləndirilən şəxs və məhkum var. Bu vətəndaşlardan 392-si kişi, 6-sı qadındır", - o deyib.

O qeyd edib ki, İİV-li məhkumlar antiretrovirus müalicəyə (ARV terapiya) cəlb olunur:

“Hazırda 398 məhkumun 369-u bu terapiyaya cəlb olunub. 2020-ci ildə terapiyaya cəlb olunanların faiz göstəricisi 90,2 faiz, 2021-ci ildə 91,1 faiz, 2022-ci ildə isə 92,7 faiz təşkil edib”.

APA