“Pəncə-Kilit” əməliyyatında terrorçulara məxsus xeyli silah-sursat ələ keçirilib
Videonu Aç
“Pəncə-Kilit” əməliyyatında terrorçulara məxsus xeyli silah-sursat ələ keçirilib
05.05.2022 MEDİA Tərəfindən

Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı həyata keçirdiyi “Pəncə-Kilit” əməliyyatı çərçivəsində terrorçulara məxsus çox sayda silah-sursat aşkarlanıb.

Visiontv.az Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin açıqlamasında bildirilir:

“Qəhrəman Mehmetçik; Millətimizin sevgisindən, etibarından və dualarından aldığı güclə Pəncə-Kilid əməliyyatını uğurla davam etdirir.

Əməliyyatın birinci mərhələsini uğurla başa vuran və müəyyən edilmiş hədəflərə çatan Mehmetçik terrorçuların istifadə etdiyi mağara, bunker və sığınacaqlara bir-bir girməyə davam edir.

Əməliyyatda bu günə qədər 63 terrorçu zərərsizləşdirilərkən, axtarışlar zamanı terrorçulara aid çoxlu silah və sursat ələ keçirilib.” 

İlahə Əliyeva