“Pəncə-Kilid” əməliyyatında 491 terrorçu zərərsizləşdirilib – Hulusi Akar
“Pəncə-Kilid” əməliyyatında 491 terrorçu zərərsizləşdirilib – Hulusi Akar
02.12.2022 MEDİA Tərəfindən

"Pəncə-Kilid əməliyyatı böyük uğurla davam edir. 491 terrorçu zərərsizləşdirildi. Terror dəhlizinə icazə vermədik, verməyəcəyik."

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu AK Partiyanın “2023-cü ilə doğru şəhər görüşləri” çərçivəsində Çanaqqala şəhərində keçirilən mətbuat konfransında Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib. 

Çanaqqalanı birlik, cəsarət, vətən və millət sevgisinin ifadəsi kimi xarakterizə edən Akar, "Çanaqqala ölkəmizin və millətimizin şanlı tarixində qızıl hərflərlə yazılmış bir dastandır" dedi.

Başda PKK/YPG/PYD, FETO, İŞİD olmaqla terror təşkilatları ilə mübarizənin ayrı-seçkilik etmədən daxildə və sərhədlər aşaraq qətiyyətlə davam etdiyini vurğulayan Akar, son terrorçu zərərsizləşdirilənə qədər mübarizənin davam edəcəyini bildirib.

Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfinin terrorçular olduğunu qeyd edən Akar, dinc insanlara, ətraf mühitə, tarixi və dini strukturlara zərər verməmək üçün heç bir ordunun göstərmədiyi həssaslıq nümayiş etdirdiklərinə diqqət çəkib.

İlahə Əliyeva