Pedro Sançez NATO Baş katibi postuna namizəd olmayacağını deyib
05.06.2023

İspaniyanın Baş naziri Pedro Sançez mətbuatda onun NATO Baş katibi postuna namizədliyi ilə bağlı yayılan məlumatları təkzib edib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Baş nazir mətbuat konfransında bu barədə danışıb.

"Bu, bu həftələr ərzində yayılan daha bir saxta xəbərdir", - Sançez bildirib.

Qeyd edək ki, mayın sonunda "20minutos" qəzeti yazıb ki, NATO alyansın baş katibi Yens Stoltenberqin varisini müəyyən etmək üçün İspaniyada iyulun 23-nə planlaşdırılan erkən seçkilərin nəticələrini gözləyir.