Pasxa bayramı münasibətilə Rus İcmasının üzvlərinə sovqat verilib - FOTOLENT
21.04.2020

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Gəncədə yaşayan rus icmasının üzvlərinə sovqat paylanılıb.

Visiontv.az xəbər verir ki, ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq icmanın aztəminatlı üzvlərinə və Aleksandr Nevski Rus Pravoslav kilsəsində xidmət göstərən, dini ayinləri icra edən şəxslərə yardımdan pay düşüb. Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Yardım aksiyası Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilir. Gəncə və Qərb bölgəsi üzrə Rus İcmasının üzvləri də diqqətdən kənarda qalmayıblar.

Belə ki, Pasxa bayramı münasibətilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Rus İcmasının aztəminatlı üzvlərinə və Aleksandr Nevski Rus Pravoslav kilsəsində xidmət göstərən, dini ayinləri icra edən şəxslərə sovqat paylanılıb. Aleksandr Nevski Rus Pravoslav kilsəsinin baş keşişi Varfolomey Denis Sotnikov qeyd edib ki, Azərbaycan tolerant dəyərlərə sadiq ölkədir. Bu gün Azərbaycanda xristian tarixi abidələri, kilsələri qorunub saxlanılır. Ölkə rəhbərliyi səviyyəsində digər xalqların və dinlərin nümayəndələrinə, o cümlədən onlara xüsusi qayğı ilə yanaşılır. O, göstərilən diqqətə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlığını bildirib.

 

Binnət İsmayılov - GƏNCƏ