Paşinyanla Koçaryanın tərəfdarları arasında dava
Videonu Aç
10.06.2021

Ermənistanda seçkiöncəsi siyasi gərginlik davam edir.

Eurasia Diary erməni KİV-lərinə istinadən xəbər verir ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın tərəfdarları ilə eks-prezident Robert Koçaryanın tərəfdarları arasında növbəti dəfə dava düşüb.

Belə ki, Koçaryanın tərəfdarları Paşinyanın əleyhinə "satqın", "xain" şüaları səsləndiriblər. Bu səbəbdən tərəflər arasında qarşıdurma yaşanıb. İnsident nəticəsindən xəsarət alanlar olub. Onların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Visiontv.az