Paşinyanın bugünkü bəyanatındakı ziddiyətli məqamlar
Paşinyanın bugünkü bəyanatındakı ziddiyətli məqamlar
04.08.2022 Bəybala Mirzəyev Tərəfindən

Dünən Azərbaycan Ordusundan ciddi zərbə alan kimi dərhal ayılan və reallıq hissinə qayıdan Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Nazirlər Kabinetinin təcili iclasını keçirdi və emosional, narahat ovqatda çıxış etdi.

Adam çıxışında bizi məmnun etməyə hesablanmış bəzi pozitiv fikirlər səsləndirsə də, lakin qıcıq doğuran, əsəblərimizi gərən fikirləri isə gözlənildiyindən daha çox oldu.

Onun çıxışındankı əsas məqamlara diqqət yetirək:

-Paşinyan Azərbaycanın 10 noyabr Bəyanatının müddəalarını pozduğunu iddia etdi.

-Paşinyan bildirdi ki, Laçın dəhlizi açıq olmalıdır, Azərbaycan "Artsax"ın mövcudluğunu qəbul etməlidir və "Artsax"ın sərhəd xəttini tanımalıdır.

-Paşinyan iddia etdi ki, Qarabağda Ermənistan silahlı qüvvələri yoxdur, yalnız "Artsax"ın özünümüdafiə qoşunları var.

-Paşinyan həmçinin Azərbaycanın rus sülhməramlılarının Qarabağdakı fəaliyyətini qəsdən leqallaşdırmadığını vurğuladı. Bu da onun növbəti sayıqlaması idi.

-Və nəhayət, Paşinyan Rusiya sülhməramlılarının fəaliyyətindən narazılığını ikibaşlı tərzdə dilə gətirdi:

"Qarabağda atəşkəs rejiminin pozulması sülhməramlıların fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur. Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatının təfərrüatlarına aydınlıq gətirmək mütləq vacibdir. Mən dəfələrlə demişəm ki, Rusiya sülhməramlılarının Qarabağda olması və fəaliyyəti ermənilərin təhlükəsizliyinin əsas amilləridir. Biz Rusiya Federasiyasının regionumuzda sülh və sabitliyin təmin edilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Amma bu gün vəziyyət dəyişib. Onlar regiondakı hadisələrə göz yumurlar”.

Erməni baş nazirin siyasi əxlaqa və hüquqi məntiqə zidd olan bu kimi açıqlamaları onu göstərir ki, adam Azərbaycan Ordusunun dünənki cavab əməliyyatından sonra ayılsa da, amma hələ tam ayılmayıb. Onun açıqlamaları Azərbaycanı istər-istəməz növbəti qisas əməliyyatlarına, antiterror təmizləmələrinə təhrik edir. Daha doğrusu, vadar edir.

***

Paşinyanın çıxışının müsbət məqamlarından biri Zəngəzur dəhlizini açmağa hazır olduqlarını bəyan etməsi oldu. O bildirdi ki, Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır.

Daha bir müsbət məqam isə ondan ibarətdir ki, dünənki antiterror əməliyyatımızdan dərhal sonra Nikol Paşinyan “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə başlanılmasına göstəriş verib. Bu barədə bu gün hökumətin iclasından əvvəl jurnalistlərlə açıqlamasında Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.

P.S.

Bax belə. Proseslər və nəticələr onu göstərir ki, problem hazırkı anda Ermənistan hakimiyyətinin başında kimin dayanmasında deyil. Paşinyan əyninə "liberal-demokrat" köynəyi geyinsə də, ancaq mahiyyətcə öz sələflərindən - Robert Köçəryan və Serj Sərkisyandan elə də ciddi fərqi yoxdur. Problem erməni toplumunun tarixən işğalçılığa, terrorçuluğa, saxtakarlığa öyrədilməsindədir. Bütün bunlar artıq ermənilərinə genlərində oturuşub. Odur ki, ermənilərlə yalnız onların anladığı, başa düşdüyü bir dildə - güc dilində danışmaq lazımdır. Çünki diplomatik danışıqlar heç bir nəticə vermir.

P.P.S.

Ermənilərə kimin (Rusiyanın, ABŞ-ın və ya Fransanın) havadarlıq etməsi isə mahiyyəti dəyişmir və bu da bizim üçün önəmli olmamalıdır.