Paşinyanın Azərbaycana yönəlik ittiham xarakterli çıxışları KTMT liderlərini bezdirib
Paşinyanın Azərbaycana yönəlik ittiham xarakterli çıxışları KTMT liderlərini bezdirib
24.11.2022 Sahib Alıyev Tərəfindən

KTMT-nin İrəvandakı Sammitində Paşinyanın çıxışına digər dövlət başçılarının reaksiyası qəribə də olsa, məhz Rusiyanın “RİA Novosti” agentliyinin yayığı materialda çox dəqiq əksini tapıb.

Qəribə də olsa, ona görə deyirəm ki, bu rəsmi xəbər agentliyində özəlliklə də son zamanlar çox az halda belə obyektiv reportaja rast gəlinir. Orada yazılıb ki, Paşinyan giriş nitqi söyləyərkən Putin qarşısındakı kağızlara baxırdı, Lukaşenko öz köməkçisi ilə danışırdı, Raxmon yayxanıb oturmuşdu, Japarov gözlüyünü silirdi, Tokayevin baxışları uzaqlara dikilmişdi. Yəni onun nə deməsi digər dövlət başçılarının vecinə də deyildi. Həqiqətən də elədir. Niyə?

Birincisi, Paşinyanın çıxışı başdanbaşa Azərbaycanı ittiham üzərində qurulmuşdu ki, oradakılar bu cür sərsəmləmələri dəfələrlə eşidiblər və artıq beziblər. Əminəm ki, geosiyasi maraqlarının üst-üstə düşüb-düşməməsindən asılı olmayaraq onların hamısının Ermənistan baş nazirindən zəhləsi gedir. Çünki Paşinyan bir tərəfdən KTMT-yə digər üzv dövlətləri prinsipsizlikdə, üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməməkdə, fəaliyyətsizlikdə ittiham edir, digər tərəfdən isə onlardan yardım istəyir. Bunun adı hay həyasızlığıdır, belə diplomatiya olmur. İkincisi, Yeni Azərbaycan Partiyasının 30 illik yubileyində Prezident İlham Əliyevin də vurğuladığı kimi KTMT-də bizim dostlarımız Ermənistanınkından çoxdur. Eyni zamanda onlar regionda nə baş verdiyini, niyə baş verdiyini, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatda hansı maddələrin olduğunu və onları kimin yerinə yetirmək istəmədiyini Ermənistan baş nazirindən heç də pis bilmirlər. Üstəlik, KTMT üzvləri arasında həmən maddənin yerinə yetirilməməsində, məsələn, qanunsuz silahlı birləşmələrin Qarabağdan çıxarılmamasında Ermənistandan daha çox maraqlı olan da var. Yəni KTMT-dəkilər Paşinyanın danışdıqlarının əksəriyyətinin cəfəngiyyat olduğunu, Ermənistanın şantaj xarakterli tələblərinə əməl etməyin isə özləri üçün ondan qat-qat dəyərli Azərbaycanla əlaqələrə necə təsir göstərəcəyini yaxş anladıqlarından arada Lukaşenko kimi yerində oturtsalar da, çox vaxt onu önəmsəməməklə öz reaksiyalarını bildirirlər.

Bir sözlə, KTMT-nin İrəvan sammiti həm Ermənsitanın o qurum üçün, həm də qurumun Ermənistan üçün elə də bir önəminin olmadığını ortaya qoydu. Belə bir mənzərənin üzə çıxmasında isə paradoksal görünsə də, ən maraqlı tərəf elə rəsmi İrəvan özüdür. Çünki Ermənistan baş nazirinin qərbdəki kuratorları ona KTMT-ni tərk etmək əmri veriblər. Putin Ermənistanda olarkən Rusiya və KTMT əleyhinə keçirilən mitinq də elə bunun üçün idi və onu məhz Paşinyanın komandası təşkil etmişdi.

Ermənistan KTMT-də qala da bilər, oradan çıxa da bilər. Bizim üçün bu, açığı elə də önəmli deyil. Önəmli olan Azərbaycan orduqunun mövqelərinin yenidən Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolu altındakı hissəsindən və rusiyalı deputatlardan birinin etiraf etdiyi kimi saxta dövlətin, yəni Ermənistanın ərazisindən son günlər ardıcıl atəşə tutulmasıdır. Ola da bilər ki, indi atan "kazaklar" deyil. Amma bir sıra hallarda atdıran məhz "kazaklar"dır və silah-sursat da onlarınkıdır.

Buna son qoyulmalıdır, qoyulacaq da.

Millət vəkili Sahib Alıyev

visiontv.az