Paşinyanın adından Trampa saxta təbrik yazan şəxs saxlanılıb
06.01.2020

Ermənistan Milli Təhlükəsizlik Xidməti Nikol Paşinyan tərəfindən ABŞ prezidenti Donald Trampa İrana qarşı "uğurlu" əməliyyatla əlaqədar təbriklər göndərdiyi barədə yalan məlumatlar yayan saxta Facebook səhifəsinin sahibi Diana Arutunyanı saxlayıb.

Visiontv.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə xidmətin mətbuat mərkəzindən bildirilib.

O, Ermənistan hakimiyyətini nüfuzdan salmaq üçün məlumatlar yaydığını müxalif mövqeyə malik olması və Robert Köçəryanın haqsız olaraq həbs edilməsilə izah edib. 

Daha əvvəl Paşinyan erməni dilli saxta səhifənin onun ABŞ prezidenti Donald Trampı İran əleyhinə "uğurlu" əməliyyat təşkil etməsi münasibətilə təbrik etdiyi barədə yalan xəbər yaydığını bildirmişdi. O bu vəziyyətin Ermənistanın milli təhlükəsizliyinə təhdid yaratdığını demişdi.