Paşinyan üçün bugünkü mitinq güc nümayişi ilə yanaşı həm də rəmzi məna daşıyır - Elxan Şahinoğlu
Paşinyan üçün bugünkü mitinq güc nümayişi ilə yanaşı həm də rəmzi məna daşıyır - Elxan Şahinoğlu
01.03.2021 Elxan Şahinoğlu Tərəfindən

Ermənistanın baş naziri Nikol Paşinyan üçün bugünkü mitinqin güc nümayişi ilə yanaşı rəmzi mənası da var. 1 mart 2008-ci ildə, yəni 13 il əvvəl müxalifət Serj Sərkisyanın saxtakarlıq nəticəsində prezident seçilməsinə etiraz olaraq küçələrə axışdı. Kreslosunu yerlisi Sərkisyana ötürən Robert Köçəryan prezidentliyə digər namizəd Levon Ter-Petrosyan tərəfdarlarına atəş açmaq əmrini verdi. Nəticədə ən azı 10 nəfər qətlə yetirildi, xeyli yaralanan oldu.

Etirazçılar arasında o zaman Levon Ter-Petrosyan tərəfdarı olan gənc Nikol Paşinyan da var idi. Onu axtarışa verdilər, bir il sonra həbs olundu. Məhkəmə Nikol Paşinyanı 7 il həbs cəzası verdi, ancaq 2011-ci ildə Ermənistan müstəqillliyinin 20 illiyi ilə əlaqədar amnistiya elan edildi və Paşinyan azadlığa çıxdı.

Paşinyan həmin tarixi unutmadı və 2018-ci ildə hakimiyyətə gələn kimi 2008-ci ildə qətliamına əmr verənləri həbs etməyə başladı. Şübhə etmirəm ki, Nikol Paşinyan sabah bütün bunlar haqqında mitinqdə danışacaq və 2008-ci il qətliamının baiskarları qarşısında istefa verməyəcəyini bəyan edəcək. Oyunçu aparsın, biz də Ermənistandakı serialın davamını izləyək!

Visiontv.az