Paşinyan Njdenin heykəlinin sökülməsi tapşırığını veribsə...
Paşinyan Njdenin heykəlinin sökülməsi tapşırığını veribsə...
18.03.2021 Bəybala Mirzəyev Tərəfindən

Erməni “Telegram” kanalları Ermənistanın Baş naziri Nikol Paşinyanın faşist Qaregin Njdenin Qarabağdakı heykəlinin sökülməsi barədə göstəriş verdiyini bildiriblər.

Belə ki, Paşinyanın özünün keçmiş mətbuat katibi Vladimir Karapetyan vasitəsilə məsələ ilə bağlı Azərbaycan tərəfi ilə razılıq əldə etdiyi qeyd olunur.

Baş nazirin məsləhətçiləri onun bu qərarının ictimaiyyət tərəfindən yaxşı qarşılanmayacağı barədə Paşinyanı öncədən xəbərdar etsə də,  lakin o isə hazırda İlham Əliyevlə münasibətlərin ölkədaxili ictimai rəydən daha vacib olduğunu bildirib.

Məsələ həqiqətən də erməni Teleqram-kanallarının bildirdiyi kimi bu səpkidə cərəyan edibsə, demək ki, Paşinyan artıq bir xeyli dərəcədə ağıllanıb və daha rasional düşünməyə başlayıb.

2019-cu ildə və 2020-ci ilin sentyabrına qədər hər dəfə Njde haqqında danışarkən, bu faşisti ideallaşdıran və onu qəhrəman hesab edən Nikol Paşinyan bu gün Njdenin Xocavənddəki heykəlinin sökülməsinə göstəriş verirsə, bu deməkdir ki, Ermənistan baş nazirinin şüurunda gerçəkdən də əsl inqilab baş verib.

P.S.

Ermənilərin heç olmasa 60 faizi Paşinyan kimi "format" olunub dəyişərsə, faşist-millətçi düşüncələrdən əl çəkərsə, bax o zaman Cənubi Qafqazda həqiqi sülhdən danışmaq olar. İndi baxaq görək Paşinyan öz xalqını "format" eləməyi bacaracaqmı...

Bəybala Mirzəyev

Visiontv.az