Paşinyan məhkəmədə ifadə verdi
03.04.2019

Ermənistanın baş naziri Nikol Paşinyan ifadə vermək üçün Yerevanın ümumi məhkəməsinə gedib

Ermənistanın baş naziri Nikol Paşinyan ifadə vermək üçün Yerevanın ümumi məhkəməsinə gedib.

“Report”-un “armtimes”a istinadən  verdiyi  məlumata əsasən qeyd edək ki,  onun adı oktyabrın 27-si hadisləri ilə bağlı cinayət işində şahid qismində hallanır.

Bildirilib ki, aprelin 3-də Nikol Paşinyan lideri olduğu “Çıxış” parlament fraksiyasının üzvləri ilə “oktyabrın 27”si hadisələrinə görə ömürlük azadlıqdan məhrum edilmiş “Monax” ləqəbli Artur Ayvazyan arasında baş vermiş dava-dalaşla bağlı ifadə verib.

Məlumata görə, Artur Ayvazyan 2017-ci il martın 31-də “Çıxış” blokunun tərəfdarı Ayk Sarkisyana güc tətbiq etməklə ictimai asayişi pozub.