Paşinyan Avropa Məhkəməsində Ermənistanı udub
18.01.2022

Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan dövlətinə qarşı 2010-cu ildə qaldırdığı məhkəmə iddiası təmin edilib.

Visiontv.az “Sputnik Armenia”-a istinadən xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2008-ci il prezident seçkilərindən sonra Paşinyanın hüquqlarının pozulması barədə qərar çıxarıb.

AİHM həmin hadisələr zamanı Paşinyanın hüquqlarının 2 maddə üzrə pozulması barədə qərar verib.

Məhkəmə iddiasında kompensasiya tələbi olmadığı üçün Paşinyana ödəniş edilməyəcək.

APA