Parisdə 28 May - Respublika Gününə həsr edilmiş “28 il Qarabağsız” adlı onlayn konfrans keçiriləcək
26.05.2020

Mayın 27-də Parisdə yerli vaxtla saat 16:00-da Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə Lionda qeydiyyatdan keçmiş Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə “28 il Qarabağsız” adlı vebinar (onlayn konfrans) təşkil olunacaq.

Visiontv.az xəbər verir ki, onlayn konfransın moderatoru ADFA-nın prezidenti Günel Səfərova olacaq.

Konfransda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev, tarix elmləri üzrə tədqiqatçı Maksim Qoen və fransız jurnalist Alen Rumestanq iştirak edəcəklər.

Onlayn konfrans ADFA-nın “Facebook” səhifəsindən yayımlanacaq.