Pandemiyanın mətbuat katibləri-Şöhrət El-Dəniz
Pandemiyanın mətbuat katibləri-Şöhrət El-Dəniz
07.07.2020 Şöhrət El-Dəniz Tərəfindən

Azərbaycanda mətbuat xidmətlərinin fəaliyyəti deyəndə nə başa düşürəm?

Fəaliyyət göstərdikləri qurumun yarıtmaz rəhbərlərinin işini malalamaq, ört basdır etmək və yalan-palanla onları aydan-arı, sudan-duru çıxartmaqdır. Gobud desəm p… konfet düzəltməkdir. Bu məntiqlə belə çıxır ki, mətbuat xidmətlərinə rəhbərlik edənlər öz nazirlərindən, qurum rəhbərlərindən daha ağıllı və ictimaiyyəti daha effektli inandırmaq bacarığı var. İnsafən uzun illərdir mətbuat katibləri elə dediyim prinsiplə işləyiblər. Son iki ildə Prezidentin apardığı kadr islahatları və yeni idarəetmə mexanizmlərinin tətbiqi mətbuat və ictimaiyyətlə işləyən şəxslərin fəaliyyətində də müəyyən dönüş yaradıb. O cümlədən Koronavirus Pandemiyası dövlət qurumlarının fəaliyyətində müəyyən dəyişikliklər yaratdığı kimi, mətbuat və ictimaiyyətlə işləyən şəxslərində işində ciddi hərəkətlilik yaradıb. Məsuliyyətli dönəmə, məsuliyyətli kadrların gətirilməsi dövlət qurumlarının fəaliyyətində canlama hiss etdirib. Təbii ki, bu sözləri bütün qurumlara aid etmək düzgün olmazdı. Çünki hələdə “ot kökü üstündə bitər” atalar məsəlini işlərinə şamil edərək əvvəllər necə olubsa o cür fəaliyyətlərini davam etdirənlər də az deyil. Növbəti yazımda konkret adlar çəkəcəyəm.

Amma…

Son illər yazılı mətbuatdan və televiziyadan mətbuat xidməti vəzifəsinə gedən həmkarlarımızın sayı xeyli artıb. Əslində çox yaxşı bir tendensiyadır. Üz-gözünə öyrəşdiyimiz, vətəndaşların həyatı üçün əhəmiyyət kəsb edən dövlət qurumlarında həmkarlarımızın işləməsi mətbuatın işinə böyük dəstəkdir. Hərçənd mən mətbuat katibləri haqqında yumşaq desəm heç də yaxşı fikirdə olmamışam. Təbii müəyyən istisnalar olub. Onları mətbuat nümayəndəsindən çox, məmur saymışam. Və çalışmışam ünsiyyətim miniumum olsun. Amma son iki gün baş verən hadisələr fikrimdə korrektələr etməyimə səbəb oldu.

Buna Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədli, “Asan Xidmət”in mətbuatla əlaqədər şöbəsinin rəhbəri Elnur Niftəliyev və İqtisadiyyat Nazirliyinin Vergilər xidmətinin mətbuata cavahdeh olan əməkdaşı Şahin Məmmədovun fəaliyyəti səbəb oldu. Uzun-uzadı bu üç şəxsin Visiontv.az saytının normal fəaliyyət göstərməsinə necə köməklik göstərməsi barədə yazmaq istəmirəm. Zatən hər 3 şəxsə sağ ol demişəm. Və onlar da borcumuzdur deyib öz işlərini layiqincə gördüklərini sübut ediblər. Məni daha çox bu 3 şəxsin niyə bazar günü olmasına baxmayaraq qaldırdığım problemə həddindən artıq diqqət göstərməsinin səbəbidir. Əslində mənim dediyim problemin səbəbi bizim özümüzdə idi. Bu qurumların nümayəndələri problem barədə mənə məlumat verdilər ki, 2-5 gün gözləməlisən. Və mən də sözün düzü hirslənsəmdə, işim geri düşsədə gözləməyə məcbur idim. Başqa çarə yoxuydu. Amma həm İbrahim müəllimin tez-tez zəng vurub maraqlanmağı, həm də “Asan xidmət”in gənc mətbuat katibi Elnur Niftəliyevin öz işinə və visiontv.az saytının işinə peşəkarcasına dəyər verib, bütün günü problemi həll etmək istəyi məni çox təəcübləndirdi.

İbrahim müəllimi başa düşdüm. O mətbuatın köhnə qvradiyasının peşəkar nümayəndəsidir. O, jurnalist işinin necə qurulduğunu, nədən asılı olduğunu gözəl bilir. Onun mənə köməklik etmək istəyi də məhs peşəkarlığından qaynaqlanırdı. Mən gənc Elnur Niftəliyevin problemə bu cür qocaman münasibətini sözün düzü gözləmirdim. Fikirləşirdim cavan kadrdı. Bir kabinet veriblər, oturub kreslosunda o yana, bu yana yellənir. Gələn zənglərədə standart cavab verib yola salır. (Əslində bir çox mətbuat xidmət rəhbərləri məhs bu cür işləyir). Amma yox, yanılmışdım. Bu gəncdə olan enerji, qarşıdakına hörmət, işi bilmək bacarığı mənəm-mənəm deyən çox “peşəkarlardan” üstündür. Mən bu gəncin gələcəyinə çox ciddi şəkildə inanıram. Bu cür xidmətlə Elnur bir çox nəticələrə nail olacaq. Əksər mətbuat xidmət rəhbərlərində olan təkəbbür, özündənrazılıq, yuxarıdan aşağı baxmaq kimi axmaq vərdişlərə sahibi deyil. İşi hörmətlə, peşəkarcasına görüb, nəticə almaqdır. Ki, bunu Elnur layiqincə etdi.

Bu fikirləri İqtisadiyyat Nazirliyinin Vergilər Xidmətinin mətbuata cavabdeh nümayəndəsi Şahin Məmmədovada aid edə bilərəm. Bu həmkarımda bütün günü problem həll etmək üçün tənbəllik etmədi. Nə də bezib geri çəkilmədi. Problem həll olunandan sonra, gecə 11-də mənə bir daha zəng vurub məsələnin həll edildiyinə əmin olduqdan sonra evə getdilər. Ona görə bir daha həm yaş, həm təcürbə baxımdan dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri sırasında irəlidə olan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədliyə, yaşının az olmasına baxmayaraq həm dili, həmdə dilçəyi olan “Asan Xidmətin” mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyevə və Vergilər Xidmətinin mətbuata məsul nümayəndəsi Şahin Məmmədova minnətdarlıq edirəm.

visiontv.az