Pandemiya dövründə sahibkarlar üçün girov mexanizmi təkmilləşdirilib - Vüqar Bayramov
Pandemiya dövründə sahibkarlar üçün girov mexanizmi təkmilləşdirilib - Vüqar Bayramov
10.12.2020 Vüqar Bayramov Tərəfindən

“Bölgələrdə fəaliyyət göstərən sahibkarlarımız kreditə müraciət edərkən onlardan çox vaxt paytaxtda girov tələb olunurdu. Etiraf etmək lazımdır ki, rayonda və ya kənd yerlərində fəaliyyət göstərən sahibkarların, xüsusən kiçik və orta sahibkarların Bakıda əmlakları yoxdur."

Visiontv.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib.

O bildirirb ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən təklif olunan kreditlərdə bu sistem dəyişdirilib. Nəzərə alınıb ki, kreditlər əsasən innovativ texnologiyanın alınması üçün götürülür, elə həmin məhsul artıq özü girov kimi çıxış edə bilir. Kredit götürənin aldığı məhsul girov olaraq rəsmiləşir və başqa yerdə əmlaka sahib olub onu girov kimi təqdim etməyə ehtiyac qalmır. Artıq bu sahədə də 700 milyon manatlıq sifariş verilib. Sahibkarların böyük marağını müşahidə edirik.

Millət vəkili bildirib ki, yenidən sərtləşdirilmiş karantin dövründə İqtisadi Paket çərçivəsində sahibkarlara dəstəyin artılırması gözlənilir: “İqtisadi paket sahibkarlara iki istiqamətdə birbaşa dəstək göstərir. Bunlardan biri fərdi və mikro sahibkarlara maliyyə yardımının həyata keçirilməsidir. Yardım çərçivəsində fərdi və mikro sahibkarlara 250 manatdan 5000 manatadək yardım göstərildi. Eyni zamanda, muzdlu əmək haqqı müqaviləsi olan özəl sektor sahibkarları üçün də işçilərin əmək haqlarının tam və ya qismən kompensasiyası həyata keçirildi. Sərt karantin tətbiq olunduğuna görə hazırda yenidən eyni dəstək müzakirə olunur. İqtisadi paket çərçivəsində dəstəyin artırılması və gücləndirilməsi nəzərdə tutulur”.

Orxan Kərimov