Pakistandan Türkiyəyə dəstək: Yanınızdayıq!
04.03.2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri İmran Xan arasında telefon danışığı baş tutub.

Visiontv.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı İdliblə yanaşı Avropaya axın edən qaçqın məsələsi də müzakirə edilib.

İ.Xan İdlib və qaçqın məsələsində Pakistanın Türkiyənin yanında olduğunu bildirib.