Pakistan hərbi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir
03.03.2021

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə Visiontv.az-a Müdafiə Nazirliyindən bildirilib.

Martın 6-na kimi davam edəcək səfər çərçivəsində general N.Raza ölkəmizdə bir sıra görüşlər keçirəcək.